Şəhid İbrahim Vəliyev-DƏFN OLUNDU – FOTOLAR – YENİLƏNİB – (4)

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədiblər.

Dövlət Sərhəd Xidmətindən (DSX)  Etikxeber.az-a verilən məlumata görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Etmənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

***

Şəhidimizin tabutu bu dəqiqələrdə Zərdaba gətirilib, ailəsinə təhvil verilib.

Dəfn mərasimi sabah-fevralın 25-də olacaq.

İ. Vəliyev Zərdabın Şəhidlər qəbristanlığında (rayon mərkəzinə bitişik Gəlmə kəndində) dəfn olunacaq, torpağa tapşırılacaq.

***

Şəhidimizlə vidalaşma-dəfn mərasiminin bu gün saat 11:00 radələrində başlanması gözlənilir.

Mərasimdə Zərdab rayon rəhbərliyi, rayonun parlamentdəki təmsilçisi Jalə Əliyeva, o cümlədən, son seçkilərdə Kəlbəcərdən parlamentə seçilən Aqil Məmmədov və digər rəsmi-məsul şəxslər də iştirak edəcəklər.

***

Şəhidimzlə vidalaşma-dəfn mərasimi başlayıb.

Şəhidimizin cəzanəsi onun yaşadığı evdən-rayonun Şəhidlər qəbristanlığına doğru piyad şəkildə aparılır.

Mərasimdə böyük izdiham var.

Mərasim iştirakçıkları “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını səsləndirirlər.

***

Şəhidimiz dəfn edilib.

İ. Vəliyev Zərdabın Şəhidlər qəbristanlığında (Gəlmə kəndindəki) torpağa tapşırılıb. 

Dəfn mərasimində DSX-nın zabitləri, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. 

***

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Gülər Əhmədovanın oğlunun məhkəməsinin vaxtı-MƏLUM OLDU

Read Next

TRAMP NİYƏ HİNDİSTANI SEÇDİ? – Politoloqun baxışı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir