“Ermənilərin Goranboyu raket atəşinə tutması nəticəsində bir nəfər ölüb”-BAŞ PROKURORLUQ

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. 

Baş Prokurorluqdan Etikxeber.az-a verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə saat 07 radələrində Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olub, yaşadığı evə isə maddi ziyan dəyib.

Bundan başqa, düşmən ölkənin silahlı qüvvələri tərfindən 08.10.2020-ci il tarixdə saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində  zəruri istintaq tədbirləri həyata keçirilir. 

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Etikxeber.az

Read Previous

“Biz Haqq savaşı aparırıq…Allah da Haqqın, bizim yanımızdadır…”-ELDAR İBRAHİMOV AZƏRBAYCAN-TÜRKİYƏ-PAKİSTAN DOSTLUQ VƏ QARDAŞLIĞINDAN YAZDI

Read Next

“Biz onları döyüş meydanında məğlub etdikdə, onlar Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar. Biz dayanmaq istəyirik, lakin biz işğalın dayanmasını istəyirik”-İlham Əliyev “Euronews” televiziyasına da-MÜSAHİBƏ VERDİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir