Ermənilərin ordumuzun itki verməsi barədə yaydığı məlumat yalandır – Müdafiə Nazirliyi

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.
Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub

Read Next

AMEA-nın həqiqi üzvlüyünə əlavə vakant yerə seçkilər keçirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir