“Ermənilər “referendum” keçirməklə “biz də varıq” demək istəyirlər” – ƏSGƏROV

“Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma qurumu heç bir dövlət tanımır. Bu, dövlət deyil, qondarma bir qurumdur. Ona görə də onların indiyə qədər keçirdiyi “seçkilər”, o cümlədən indiki “referendum” da qondarmadır”.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanat veriblər:

“Belə “seçkilər”in heç bir hüquqi əhəmiyyəti və nəticəsi yoxdur.Sadəcə, onlar “referendum”u keçirməklə “biz də varıq” demək istəyirlər. Lakin dünya dövlətlərinin onları tanımadığını unudurlar”.

Z.Əsgərov deyib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və orada edilən bütün hüquqi prosedurlar yalnız Azərbaycanın icazəsi ilə baş verə bilər.

Etikxeber.az

Read Previous

Parlament dünya ölkələrinin parlamentlərinə Xocalı ilə bağlı müraciət edəcək- BİRİNCİ VİTSE-SPİKER

Read Next

“Şahnaz xanım Böyük Səhnədə olanda mən hələ heç dünyaya gəlməmişdim” – ƏMƏKDAR ARTİSTDƏN SƏRT AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir