“Ermənistan 30 il ərzində vurulmuş maddi və mənəvi zərərlərin kompensasiyasını ödəyərək, Azərbaycanla sülh özüllü yeni səhifə açmağa çalışmalıdır”-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Prezident İlham Əliyev 44 günlük müharibədə göstərdi ki, Azərbaycan təhdidlərə, işğala, təcavüzə və separatizmə lazımi dildə və formada cavab verə bilir.

Üstəlik, müharibə dövründə Ermənistana kənar güclərin hərbi-siyasi dəstəyi bölgədə Azərbaycanın iradəsi qarşısında effektiv olmadı, yəni, başqasının köməyinə ümid yoxdur.

Artıq erməni xalqı da reallığı çox yaxşı anlayır ki, əgər yeni savaş başlasa, Prezident İlham Əliyevin dediyi kimi, “44 günlük müharibə Ermənistan üçün yalan olacaq”.

Azərbaycanı döyüş meydanında yenidən qarşısına almaq ehtimalı, erməni xalqını heç vaxt çıxa bilməyəcəyi uçruma yuvarlayıb, 102 illik tarixə malik marionet erməni dövlətçiliyinə son qoymaq deməkdir.

Bu mənada, Paşinyan hakimiyyəti özündə qətiyyət taparaq, xalqın səsinə qulaq asmalı, Koçaryan-Sarkisyan cütlüyü və Daşnaksyütunun murdar ideyalarını, həmçinin, populist revanşist qrupların və Ermənistan reallığını anlamayan diaspora təşkilatlarının bütün zərərli tələblərini rədd etməli, erməni xalqının maraqlarını düşünməlidir.

Eyni zamanda, 30 il ərzində vurulmuş maddi və mənəvi zərərin kompensasiyasını ödəyərək, Azərbaycanla sülh özüllü yeni səhifə açmağa, başlatmağa çalışmalıdır.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“İçində kövrəklik, qəhər və təəssüf dolu duyğuların yer aldığı yarımçıq bir xoşbəxtlik olsa belə…”-MİLLƏT VƏKİLİ 9 YAŞLI MƏHƏMMƏDDƏN YAZDI – FOTOLAR

Read Next

“Sülhməramlılar” yeni il öncəsi kampot tostu kimi, 366-cı alayla bağlı acı xatirələri yada salan-həddini aşan sayıqlamalara son qoymalıdırlar!”-SAHİB ALIYEV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir