Ermənistan Azərbaycan Ordusunun mövqelərini reaktiv odsaçandan atəşə tutub

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Müdafiə Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, errməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini “Şmel” reaktiv odsaçandan atəşə tutub.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq.

Etikxeber.az

Read Previous

Azərbaycanlı iş adamı dini radikalizm və terror ittihamı ilə tutulub

Read Next

Moskva prospektində hərəkət qısa müddətə məhdudlaşdırılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir