“Ermənistan Azərbaycan torpaqlarında tarixi abidələrin dağıdılması ilə məşğuldur” – NAZİR

Bakıda keçirilən Ombudsmanların XIV beynəlxalq konfransının iştirakçıları iyunun 16-da Fəxri xiyabanda mərhum dövlət başçısı Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Etikxeber.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

***

“Qonşu dövlət Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında milli sərvətlərimizin, tarixi abidələrin dağıdılması ilə məşğuldur. Artıq bu nümunə münaqişədə kimin günahkar olduğunu aydın göstərir”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Konfransının açılış mərasimində deyib.

Nazir qeyd edib ki, Azərbaycanda heç bir millətə məxsus mədəni irs nümunələrinin birinə də toxunulmayıb: “İşğalçı qonşularımız işğal altındakı torpaqlarımızda mədəniyyət abidələrini özününküləşdirməyə çalışırlar”.

Etikxeber.az

Read Previous

XİN Əfqan Muxtarlı ilə bağlı Avroparlamentin qərarına etiraz etdi…

Read Next

Norveçdə neft məhsullarından istilik alınması üçün istifadə edilməsi qadağan edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir