“Ermənistan elə görüntü yaratmaq istəyir ki, 3-cü dövlətlər bura müdaxilə etsin…Buna yol verməyəcəyik”-ZAHİD ORUC

Azərbaycan xalqının iradəsini əks etdirən qurum olaraq Milli Məclis Fransaya kəskin etirazını bildirməlidir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, Fransa öz ərazisində terrorçulara qarşı mübarizə aparanda Azərbaycan onlara nəyi edib, nəyi etməyəcəyini diqtə etmir:

“Azərbaycan öz ərazisində antiterror əməliyyatları aparır. Ərdoğanın dediyi, kimi Makronun tarix bilgiləri çox zəifdir. Makronun Dağlıq Qarabağla bağlı açıqlamaları bunu bir daha göstərir”.

MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə qeyd edib ki, verilən hər bir bəyanat bizim dostlarımızın sayını artırmalıdır.

“Biz illərdir, bu siyasəti yürüdürük. Doğrudur, indi o dostlarımızın aktiv dəstəyini görmürük. Amma Azərbaycan yeni rayonları işğaldan azad etdikcə cənab Prezidentə zənglərin, bu qələbə sevincini bölüşmək istəyənlərin sayı artacaq. Digər tərəfdən ermənilər bizi təxribata çəkmək istəyir. Artıq onlar Ermənistan ərazisindən ordumuza qarşı hücumlar edirlər və cavab atəşi açılmasını istəyirlər, biz buna getməyəcəyik. Azərbaycan nə 1992-ci ildə, nə də indi bu savaşın qlobal savaşa çevrilməsini istəyib. Amma Ermənistan elə görüntü yaratmaq istəyir ki, 3-cü dövlətlər bura müdaxilə etsin. Buna yol verməyəcəyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Erməni əsgərlər arasında atışma olub”- MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

Read Next

“Torpaqların azad edilməsi Azərbaycan xalqının tələbidir… Azərbaycan xalqının iradəsindən kənar münaqişənin həlli mövcud deyil…”-HİKMƏT HACIYEV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir