Ermənistan Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu-MN MƏLUMAT YAYDI

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən məlumata görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Etikxeber.az

Read Previous

Daha 630 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Read Next

Daha 555 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir