Ermənistan rəhbərliyi əhalisinin aqibətini düşünməlidir- MÜDAFİƏ NAZİRLİYİ

Serj Sarkisyanın bəyanatı onun cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv addımdır.

Etikxeber.az xəbər verir ki, bunu Ermənistanın Prezidenti Serj Sarkisyanın “İsgəndər” operativ-taktiki raketlərindən istifadə edilməsi ilə bağlı əmr verəcəyi barədə bəyanatına cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər.

“Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər Ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir.

Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir”, – deyə nazirliyin məlumatında bildirilir.

Etikxeber.az

Read Previous

DEPUTAT: “Bu gün Türk dünyasının müxtəlif yerlərində qanayan yaralar var” – FOTO – VİDEO

Read Next

Əliyev Umaxanovu “Dostluq” ordeni ilə təltif etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir