“Ermənistan rəhbərliyinə xəbərdarlıq edilirdi ki, təxribatlardan əl çəkməsiniz, qeyd-şərtsiz torpaqlarımızı azad etməsiniz, bu, sizin üçün yaxşı qurtarmayacaq…”-PA-NIN ŞÖBƏ MÜDİRİ BUNU AĞSAQQALLAR ŞURASININ NÖVBƏTİ QURULTAYINDA DİLƏ GƏTİRDİ, QURUMUN YENİ SƏDRİ ELDAR QULİYEV OLDU- YENİLƏNİB – (2)

Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VIII qurultayı işə başlayıb. Qurultayda Şuranın üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər.

Etikxeber.az xəbər verir ki, qurultaya sədrlik edən Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov əvvəlcə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının vətəndaşlarımızın qələbə əzmini, ruh yüksəkliyini daha da artırdığını və hər kəsin əsgərlərimizin yanında olduğunu bildirib.

Şuranın ötən qurultaydan sonra dünyasını dəyişmiş sədri Fəttah Heydərovun, eləcə də digər üzvlərin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra gündəlik təsdiqlənib. Gündəliyə əsasən Azərbaycan Ağsaqqallar Şurasının yeni nizamnaməsi qəbul ediləcək, Şuranın sədri və idarə heyətinin, nəzarət təftiş komissiyasının üzvləri seçiləcək və cari məsələlər müzakirə olunacaq.

Qurultay işini davam etdirir.

***

“Sentyabrın 27-də Ermənistan növbəti təxribata əl atıb”.

 Bunu bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının videokonfrans formatında keçirilən 8-ci növbədənkənar qurultayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.

Ə. Vəliyev deyib ki, Ali Baş Komandanın qəbul etdiyi qərara uyğun olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb, bir sıra ərazilər işğaldan azad edilib. Azad edilən torpaqlarda uzun illər bu bərəkətli torpaqları murdarlayan işğalçıların qanı tökülüb. Eyni zamanda bizim şəhidlərimiz var:

“Bütövlükdə Azərbaycan xalqı qələbəyə köklənib, Ali Baş Komandanın yanındadır. Azərbaycanda qeydə alınan 52 partiyadan 50-si Ali Baş Komandanın yanında olduqları barədə bəyanat qəbul etdi. QHT-lər, ziyalılar, dini konfessiyalar da Ali Baş Komandanın yanında olduqlarını bəyan etdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də dünən bəyanat verib”.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, uzun illərdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmurdu:

“Prezident son vaxtlar dəfələrlə Ermənistan rəhbərliyinə xəbərdarlıq edirdi ki, bu təxribatlardan əl çəkməsiniz, qeyd-şərtsiz torpaqlarımızı azad etməsiniz, bu, sizin üçün yaxşı qurtarmayacaq. Bu həqiqət bu gün gerçəkləşir. Azərbaycan xalqı inanır ki, bu Vətən Müharibəsi Azərbaycanın uzun illər gözlədiyi ərazi bütövlüyünün bərpa olunması, haqq-ədalətlə başa çatacaq. Bu yöndə bu gün gecə və gündüz döyüşdə olan əsgərlərimizə, zabitlərimizə uca Tanrıdan uğurlar arzu edək”. 

***

Sonra “Prezident İlham Əliyevin ağsaqqallarımızdan gözləntisi hər zaman xalqın içərçində, haqqın yanında olmaları, milli birliyə xidmət etmələri, Azərbaycan xalqını qələbəyə ruhlandırmalarıdır”-deyən Ə. Vəliyev bildirib ki, Prezident ağsaqqallarımızın gənclərin tərbiyələnməsinə iştirak etmələrini vacib sayır:

“Dövlət başçısımızın ağsaqqalardan digər gözləntiləri Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini, Ulu Öndər Heydər Əliyevin yaşam tərzini gələcək nəsillərə çatdırmaqdır. İnanırıq ki, Ağsaqqallar Şurası bundan sonra daha effektiv fəaliyyət göstərəcək. Mən sədrliyə namizədliyi irəli sürülən Eldar Quliyevə də gələcək fəaliyyətində uğurlar arzulayıram”.

12:04

***

Ağsaqqallar Şurasının yeni sədri seçilib.

Yeni sədr millət vəkili, professor Eldar Quliyev olub.

Qeyd edək ki, Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bu ilin yayında dünyasını dəyimiş və vəzifəsi boş qalmışdı.

Etikxeber.az

Read Previous

“Yuxarıda Rusiya, aşağıda İran, solda Ermənistan… Allah niyə bizə belə qonşular verib?!”-GÖRKƏMLİ ZİYALI FƏRHAD BƏDƏLBƏYLİ TAHİR SALAHOVU, RÜSTƏM İBRAHİMBƏYOVU SUSMAĞA ÇAĞIRDI

Read Next

“Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir – qardaş Türkiyə və qardaş Pakistan…”-İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini -QƏBUL ETDİ – YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir