“Ermənistan silahlı qüvvələri Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib…Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli orta mənzilli raket atılıb…”-HİKMƏT HACIYEV – YENİLƏNİB

Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özün “Twitter” hesabındakı paylaşımında bildirib.

H.Hacıyev qeyd edib:

H.Hacıyev qeyd edib:

“Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi”.

23:23

***

Bu gün Ermənistanın Azərbaycan mülki şəxslərinə və mülki infrastrukturuna qarşı raket hücumları barədə H. Hacıyev növbəti tvit yazıb.

APA-nın məlumatına görə, H.Hacıyev qeyd edib ki, ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri atılıb.

Xızı və Abşeron bölgəsinə isə iki 300 km məsafəli orta mənzilli raket atılıb.

Su anbarı və elektrik stansiyasının olduğu Mingəçevirə də iki raket atılıb.

Etikxeber.az

Read Previous

“Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib, yaralananlar var”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“Bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar…”-Prezident İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına – MÜSAHİBƏ VERDİ – YENİLƏNİB – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir