Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Etikxeber.az

Read Previous

“Peyvənd kampaniyasına qarşı qeyri-peşəkar fikirlər səsləndirmək məqsədəuyğun deyil”-SƏHİYYƏ NAZİRİNİN MÜAVİNİNDƏN ETİRAZ

Read Next

“DÇ-2022”-də Azərbaycan millisinin oyunlarına qonaq azarkeşlər buraxılmayacaq-FİFA VƏ UEFA-DAN QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir