Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Avqustun 17-si saat 17:45-dən 20:33-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, iri çaplı pulemyot və atıcı silahlardan atəşə tutub.

Etikxeber.az xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi (MN) yayıb.

Bildirilir ki, cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Etikxeber.az

Read Previous

Zakir Həsənov Akarla-BİR ARADA – FOTO

Read Next

“İşğaldan azad edilmiş yurd yerlərimizə hər bir səfər bizim üçün növbəti Qələbə və Zəfərdir…Çünki hər bir səfərdə düşmənə, onların qanlı havadarlarına gözdağı verilir, layiq olduqları yer göstərilir…”-KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir