“Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur”-MÜDAFİƏ NAZİRLİYİNDƏN ÇAĞIRIŞ

Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin yaydığı növbəti məlumatda deyilir.

Qeyd olunur ki, hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.

“Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək. Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq”-deyə, sonra məlumatda bildirilir.

Etikxeber.az

Read Previous

Ermənilərin növbəti təxribatı-VƏ VƏHŞİLİYİ…- FOTOLAR

Read Next

“Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”-PREZİDENTİN KÖMƏKÇİSİ CƏBHƏDƏ VƏZİYYƏTİN YENİDƏN GƏRGİNLƏMƏSİ İLƏ BAĞLI BƏYANAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir