“Ermənistan tərəfindən xüsusi yaşayış evinin həyətinə atılmış “Smerç” raketi…”-HİKMƏT HACIYEV ERMƏNİ VANDALİZMİNİN YENİ QURBANLARINDAN, 13 YAŞLI UŞAQDAN VƏ 16 YAŞLI YENİYETMƏDƏN YAZDI – YENİLƏNİB – (1)

Ermənistan tərəfindən xüsusi yaşayış evinin həyətinə atılmış “Smerç” raketi. Başqa heç bir şey Ermənistan tərəfindən mülki şəxslər ayırd edilmədən və atəşə tutulmasını sübut edə bilməz. İndi yeni denalizm dalğası erməni tərəfdən başlayacaq.

Etikxeber.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev özünün “Twitter” səhifəsində bildirib.

08:52

***

“Ermənistanın mülki vətəndaşlara, xüsusən də uşaqlara qarşı müharibəsi davam edir”.

Bunu da Hikmət Hacıyev Twitter” hesabında paylaşıb.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan ordusu tərəfindən Tərtər şəhərinə “Smerç” raketi atılıb və hücum nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin həyətində həlak olub.

“Xurma mövsümü olduğu üçün Orxan həyətdə xurma yığırdı” – deyə, Prezidentin köməkçisi vurğulayıb.

11:55

***

“Ermənistanın dövlət səviyyəsində mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı terroru və hərbi cinayətləri davam edir”-deyən Hikmət Hacıyev yeni açıqlamasında bildirib ki, Baş Prokurorluq tərəfindən məlumat verildiyi kimi, bu gün Tərtər rayonunun və kəndlərinin Smerç raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

“17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç (Ramiz oğlu) həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat etmişdir. Mayakov Artur Vasilyeviç Gəncəyə bibisigilə qonaq gəlmişdi.

Mərhum Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaqdır. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilmişdir.

Hal-hazırda Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində yerləşən Azərbaycan şəhərlərinin ağır artilleriya və digər silahlardan atəşə tutulması davam edir. Ermənistandan fərqli olaraq Azərbaycan mülki insanları və mülki obyektləri hədəfə almır. Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquqda təsbit olunmuş hərbi zərurət, legitim hərbi hədəflər və cavab tədbirlərinin proporsionallığı kimi tələblər ciddi şəkildə nəzərə alınır.

Xankəndidə olmuş xarici jurnalistlər tərəfindən də qeydə alındığı kimi Ermənistan tərəfi atəş nöqtələrini mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək terrorçulara məxsus taktikadan istifadə edir. Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırırıq. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə işi yoxdur. Azərbaycan tərəfə keçmək istəyən mülki şəxslərə və hərbçilərə bütün humanitar yardım və dəstəyi göstərməyə hazırıq.

Mülki insanlara qarşı törədilmiş müharibə və hərbi cinayətlərə, hərbi avantüraya görə məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyi daşıyır”.

Etikxeber.az

Read Previous

Ermənistan Gəncəyə raket zərbəsi endirməsi nəticəsində xəsarət almış 13 yaşlı yeniyetmə-VƏFAT ETDİ, HƏMÇİNİN, 16 YAŞLI TƏRTƏR SAKİNİ DÜNYASINI DƏYİŞDİ -RƏSMİ

Read Next

“Qisas 20 noyabra qalmaz!”-RƏŞAD MƏCİD YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir