“Ermənistan və erməni toplumu Azərbaycanın öz torpaqlarını işğaldan azadetmə mübarizəsindən ciddi nəticə çıxarmalı, bundan sonrakı yolunu düzgün seçməlidir, əks halda…”-MİLLƏT VƏKİLİ

İkinci Vətən Müharibəsində işğalçı Ermənistanın məğlubiyyətindən sonra orada bütün cəmiyyət məğlubiyyətin səbəblərini axtarmaqla məşğuldur. Müxalifət səbəb kimi baş nazir Nikol Paşinyanın danışıqlar prosesini pozmasını göstərir. İqtidar isə özündən əvvəlki hakim komandaların 2018-ci ilə qədər buraxdığı səhvlərin Ermənistanı məğlubiyyətə gətirib çıxardığını iddia edir. Görünən isə odur ki, hər iki tərəf Emənistanın məğlub olmağının ancaq üstqurumunu araşdırır, obyektiv səbəbləri isə ya görmürlər, ya da görməməkdə maraqlıdırlar.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Bildirib ki, əsl səbəb isə heç də Koçaryanın, Sarqsyanın, Paşinyanın siyasi-hərbi kursunun səhv və ya düzgün olmasında deyil, Ermənistanın Azərbaycan torpaqlarına iddia etməsi və 30 ilə yaxın müddətdə onu işğalda saxlamsı idi.

“Məhz işğal faktoru Ermənistanın qüsurlu dövlət modelinin qurulmasına, dünyada təklənməsinə və sonda 10 noyabr 2020-ci il tarixində ağır məğlubiyyətə uğramasına səbəb oldu. Nə qədər ki, Ermənistanda qonşu dövlətlərlə mehriban qonşuluq şəraitində yaşamaq prinsipi və qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmaq xəttini ana xəttə çevrilməyib, Ermənistanı daim ağır problemlər müşaiyət edəcək. Ermənistan milli düşüncəsi milli müstəsnalıq, qonşu torpaqlara iddia xislətindən azad olmayana qədər Ermənistanın resursları normal, inkişaf edən dövlət quruculuğuna deyil, təklənməyə məruz, dövlətçiliyinin zəifləməsi ilə üzbəüz qalacaq. Ermənistan və erməni toplumu Azərbaycanın öz torpaqlarını işğaldan azadetmə mübarizəsindən ciddi nəticə çıxarmalı, bundan sonrakı yolunu düzgün seçməlidir. Əks halda isə o daha çox itkilərə məruz qalacaq”deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bütün dünya COVID-19-a qarşı mübarizədə beynəlxalq həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü bir daha rüsvay edib”-DEPUTAT

Read Next

“44 günlük müharibə ilə dünyaya yeni hərb modelini də nümayiş etdirdik…”-JALƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir