“ABŞ-da keçirilən prezident seçkilərinin Ermənistan və tərəfdarları üçün daha bir gözlənilməz nəticəsi onların köhnə dostları – Bob Dold, Mark Kirk və digərlərinin məğlubliyyəti oldu”.
Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter”dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, tərəfdarlardan biri – “Azərbaycanda demokratiya üzrə Akt”la məşhur olmuş Cozef Hek də məğlub olanlar arasındadır.
Xatırladaq ki, Donald Tramp noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. Yeni seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq. Demokratların namizədi Hillari Klinton isə seçicilərin yetərincə səsini toplaya bilməyərək öz məğlubiyyətini etiraf edib.
Etikxeber.az