“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (3)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilir.

***

Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu adət-ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, daha çox coğrafi əhatə var.

Bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib:

“Bütün bunlar göstərir ki, açıq müzakirələrə böyük ehtiyac var, müzakirələr açıq mühitdə aparılmalıdır. Biz nəinki media icmasının gündəliyinə, o cümlədən qlobal gündəliyə aid məsələləri müzakirə etməliyik”.

https://www.youtube.com/watch?v=ZHSvqoiDYkM

***

Bizim qlobal iqlim gündəliyinə verdiyimiz töhfəyə gəldikdə düşünürəm ki, Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir.

Bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə səsləndirib.

“Biz kömürdən istifadə etmirik. Biz elektrik enerjisini istehsal edirik. Biz hidroelektrik enerjisindən istifadə edirik. O cümlədən Günəş enerjisinin istehsalına başlamışıq. Bizim bununla bağlı nəhəng enerji sərvətlərimiz var. Bizim artıq xeyli investisiya müqavilələrimiz imzalanıb”.

***

Biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini demək olar başa çatdırırıq. Yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi tikilmiş olacaq.

Bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə deyib.

“Zəngəzur dəhlizinin reallaşması mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacaq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə – Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Bu, yük axınının həcminin artırılması üçün böyük perspektivlər açır”, – deyə dövlət başçısı qeyd edib.

***

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib:

“Təəssüf ki, son beş ildə Ermənistan tərəfində heç bir iş (Zəngəzur dəhlizi ilə bağlı – red.) aparılmayıb. Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Əgər onlar bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, nəinki bu gün düşdüyü nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətində olacaqlar”.

Etikxeber.az

Read Previous

Milli Məclisdən Belçika Nümayəndələr Palatasına kəskin-ETİRAZ

Read Next

“Ədalətli və qəti Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır…”-AZƏRBAYCAN PREZİDENTİ – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir