Ermənistanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlandı

Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

Etikxeber.az “news.am”-a istinadən xəbər verir ki,, “Erkir media” telekanalının   sifarişi əsasında “Baltic Surveys/The Gallup Organization” şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim Respublika  partiyası 46  faiz,  “Tsarukyan” bloku isə 25 faiz səs toplayıb. Üçüncü yerdə “Yelk” bloku (10%),  dördüncü yerdə isə “Daşnaksutyun” partiyası (5%) qərarlaşıb.

Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır.

“Exit-poll” 125 məntəqədə 19 130 seçici arasında keçirilib.

Etikxeber.az

Read Previous

Nazarbayev Azərbaycana gəldi – FOTO

Read Next

Çoxmərtəbəli binada yanğın baş verdi, 30 nəfər təxliyə edildi – SUMQAYITDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir