Ermənistanda parlament seçkiləri başa çatdı – PAŞİNYANIN BLOKU ÖNDƏDİR – YENİLƏNİB

Ermənistanda keçirilən parlament seçkilərinin sonuna – 20:00-a yekun seçici fəallığı 48,63 faiz təşkil edib.

Etikxeber.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tiqran Mukuçan deyib.

Ölkə tarixində ilk dəfə seçicilərin əksəriyyətinin ümumdövlət seçkilərinə məhəl qoymadığını bildirən T.Mukuçan səsvermə hüququna malik 2 milyon 592 min 481 seçicidən yalnız 1 milyon 260 min 840 nəfərin seçkidə iştirak etdiyini söyləyib.

***

Seçkilərinin ilkin nəticələri açıqlanıb.

Ermənistan mediası xəbər verir ki, 29 seçki məntəqəsində səsvermənin nəticələrinə əsasən baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Mənin addımım” bloku böyük üstünlüklə irəlidədir – 59,71 faiz.

İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq “Çiçəklənən Ermənistan” (15,21 faiz) və “Daşnaksutyun” (9,78 faiz) qərarlaşıb.

 Sabiq prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika Partiyası səslərin 5,09 faizini toplayıb.

Etikxeber.az

Read Previous

Ağır yol qəzasında azı 11 nəfər həlak olub – HİNDİSTANDA – FOTO

Read Next

“River Pleyt” dördüncü dəfə “Libertadores” kubokunu qazandı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir