Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avropa İttifaqı (Aİ) -Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyası mayın 8-də Bakıda-Milli Məclisdə (MM) öz işini davam etdirib.
Etikxeber.az verir ki, Avropa İttifaqı (Aİ) -Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib ki,
Onun sözlərinə görə, gündəlikdə 11 məsələdən 6-nın müzakirəsi yekunlaşdırılıb.
Sonra çıxış üçün söz verilən səfir Kamil Xasıyev Qarabağ münaqişəsindən danışıb və bildirib ki, bu cür münaqişələr refionda təhlükəsizliyə və qeyri-sabirliyə gətirib çıxarır.

O, Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini xatırladaraq qeyd edib ki, orada sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü məsələsinin təmin edilməsi xüsusilə vurğulanıb.
Bununla yanaşı, səfir deyib ki, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı və Avropa Parlamenti də Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qərar və qətnamələr qəbul edib.
Lakin səfirin sözlərinə görə, Ermənistanın dağıdıcılıq mövqeyi üzündən münaqişə hələ də həll olunmamış, qəbul olunmuş qərar və qətnamələr icra edilməmiş vəziyyətdə qalır.
Səfir münaqişə nəticəsində cəbhə xəttinə yaxın ərazilərdə insanların daim təhlükə altında yaşadığını, tez-tez erməni hücumlarına məruz qaldığını, nəticədə uşaqların, qocaların, qadınların müharibənin günahsız qurbanlarına çevrildiyini bildirib.
O, konkret olaraq, Füzuli rayonunun Alxanlı kəndində iki nəfər-nənə və nəvənin ermənilər tərəfindən qətl edildiyini xatırladaraq, bunu insanlığa zidd olan bəşəri cinayət adlandırıb.
K. Xasıyev status-kvoya da toxunaraq, bunun davam etməsinin yolverilməz olduğunu vurğulayıb.
***
Qeyd edək ki, Komitənin üzvləri bu gün həmçinin xarici işlər naziri Elmar Məmmədyarov, energetika naziri Pərviz Şahbazov və iqtisadiyyat naziri Şahin Mustafayevlə də görüşəcəklər.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





