Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı-AÇIQLANDI

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib.

Etikxeber.az Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4004 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Onlardan 3998 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir.

I Qarabağ müharibəsində itkin düşən 3998 nəfərdən 3217 nəfəri hərbçilər, 781 (71 uşaq, 287 qadın, 334 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3710 nəfər kişi, 288 nəfər isə qadındır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş 203 nəfər itkin-şəhidin şəxsiyyəti müəyyən edilərək dəfn olunması üçün ailələrinə təhvil verilib.

Etikxeber.az

Read Previous

Şəhid Arif Allahverdiyevin bacısı qızının toyu oldu-ŞƏHİD AİLƏLƏRİ ŞAD GÜNÜNDƏ ŞƏHİD BACISI SEVİNC XANIMI TƏK QOYMADILAR… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

AMEA-nın vəzifəli şəxsləri külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəmə başlayır-BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir