“Ermənistanın işğal etdiyi torpaqlardan çıxarılması üçün təzyiq göstərilməlidir” – TÜRKİYƏ XİN

Türkiyənin Xarici İşlər NazirliyiFüzuli rayonunda ermənilərin dinc sakinləri öldürməsi hadisəsi ilə bağlı bəyanat yayıb.

Etikxeber.az nazirliyin saytına istinadən  xəbər verir ki, bəyanatda bildirildiyinə görə, iyulun 4-də Ermənistan silahlı bölmələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə kənd sakinlərindən 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olublar, bir qadın yaralanıb:

“Bu hadisəni şiddətlə qınayırıq. Xain hücumda ölən azərbaycanlılara Allah rəhmət eləsin! Yaralanan qadına isə sağlamlığına qovuşmağı arzulayırıq. Bu mənfur hadisə Azərbaycan torpaqlarının beşdə birini işğal edən Ermənistanın cəbhə xəttində ağır silahlarla təxribat törətməsini, beynəlxalq hüquqa və insan haqlarına zidd olaraq, dinc sakinləri, xüsusilə uşaq və qadınları hədəfə aldığını göstərir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistanın sistemli şəkildə yeritdiyi şiddət siyasəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısında ən böyük əngəldir. Ermənistanın işğal etdiyi torpaqlardan çıxarılması üçün təzyiq göstərilməlidir. 

Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dəstəyini davam etdirəcək”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Etikxeber.az

Read Previous

İrem Derici 15 aydan sonra “Lider”dən ayrıldı…

Read Next

Düşmən tərəfinin itkiləri olsa da, gizlədilir- MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir