“Ermənistanın məsuliyyətsiz mövqeyi münaqişənin Yerevanda küçədə elan edildiyi kimi sülh yoluyla həllinə xidmət etmir” – TAHİR MİRKİŞİLİ – FOTO

Regional və beynəlxalq təhlükəsizlik və sabitlik mövzusu strateji cəhətdən çox önəmlidir. Bu mövzu həm də humanitar cəhətdən prioritetdir. Belə ki, təkcə Aralıq dənizi regionunda ilin əvvəllindən bu günə minlərlər adam həyatlarını itirmişlər. Mən həmçinin, Aralıq dənizi regionunda təhlükəsizlik problemlərinin təcili olaraq həllinin vacibliyini xüsusi olaraq qeyd etmək istərdim.

Aralıq dənizi region – Avropa, Afrika və Yaxın Şərq regionlarının kəsişməsində yerləşməklə indiyə gədər görenməmiş regional böhranlarla üzləşiblər. Bu regionda mövcud olan çoxsaylı humanitar, təhlükəsizlik və inkişaf çağırışları regionun həssas olan əhalisinə getdikcə daha çox təsir etməyə başlayır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili  ATƏT Parlament Assambleyasının (PA) Mərakeşdə keçirilən növbəti payız sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclasında  “Avropa-Araqlı dənizi regionunda təhlükəsizliyin təmin olunmasında ATƏT və onun partnyorlarının rolu” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri bu regionda inkişaf layihələrinə ciddi təsir etməyə başlayaraq münaqişələr və qeyri-sabitlik üçün mənbələr yaratmaqdadırlar.

O, qeyd edib ki, münaqişələrdən danışarkən, ilk öncə biz ATƏT regionunda olan münaqişələrin həll olunmasında daha qətiyyətli mövqe ortaya qoymalıyıq.

Millət vəkilinin dediyinə görə, ATƏT regionunda həll olunmayan münaqişələr digər regionlarda da yeni münaqişələrin yaranmasına səbəb olmaqdadırlar.

atet-marokko

“Bildiyiniz kimi, artıq 25 ildir ki, Azərbaycan Ermənistan ilə Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizamlanmasına çalışır. Ermənistanın aqressiv siyasətinin davam etdirməsi və hərbi işğala əsaslanan mövcud status-kvonun saxlanılması üçün atdığı addımlar, bu yaxınlarda bu ölkənin rəhbərinin anneksiya ilə bağlı verdiyi bəyanat da daxil olmaqla, baxmayaraq ki, bu bəyanat daxili auditoriyaya yönəlmişdi regionda situasiyanın gərginləşməsinə səbəb olmuşdur. Bir neçə həftə öncə Ermənistanın baş naziri Azərbaycan işğal olunmuş ərazilərinə səfər edərək Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistanın bir hissəsi elan etmişdir. Bir neçə gün öncə isə Ermənistan əsgərlərini açdığı atəş nəticəsində Azərbaycan Ermənistan sərhədində bir mülki şəxs öldürülmüşdür.

Rusiya Xarici İşlər Nazirliyi və ABŞ səfirliyi gərginləşən bu situasiyadan narahatlıqlarının bəyan etmişlər. Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi münaqişənin Yerevanda küçədə elan edildiyi kimi sülh yolu ilə həllinə xidmət etmir, əksinə, münaqişənin həlli üzrə son danışıqların mahiyyətinə zidddiyət təşkil etməklə danışıqlar prossesinin pozulmasına yönəlmişdir. Belə bir situasiyada biz ATƏT Parlament Assambleyasını susmamağa, sahib olduğu rıçaqlardan istifadə etməklə Ermənistanı konstruktiv mövqeyə dəvət etməyə çağırırıq! Və son olaraq. Biz müasir dünyada yaşayırıq.

İndiki zamanda insanlar öz valideynlərinin qəbirlərini ziyarət etmək istəklərinə görə həbsxanalarda yatmamalıdırlar. Hazırda Erməni tərəfinin həbsxanalarında belə azərbaycanlı girovlar vardır. Hələ 2016-cı ildən Azərbaycan Ermənistan tərəfinə bütün əsir və girovların beynəlxalq təşkilatların vasitəçiliyi ilə “hamının hamıya” prinsip ilə dəyişdirilməsini təklif etmişdir. Amma bu günə qədər Erməni tərəfindən müsbət cavab alınmamışdır. Mən Ermənistan nümayəndə heyətinin də burda iştirakından istifadə edərək onları öz hökumətləri ilə birlikdə bu humanitar aktı reallaşdırmağa və insanları evlərinə qaytarmağa çağırıram!”-deyə, T. Mirkişili çıxışında sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Valensiya”, “Real”, “Verona”, “PSJ” sevincli, “Bavariya”, “Tuluza”, “Qranada” üzgün…

Read Next

“Ermənistan ortaya nə qoya bilir?” – AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir