“Ermənistanla münasibətlərimizin arzu etmədiyimiz şəkildə olduğu dövrdə Türkiyə ilə yanaşı, bir çox dost və qardaş ölkə hərtərəfli köməyə hazır olduğunu bəyan etdi…”-MÜŞFİQ CƏFƏROV

Ermənistan 30 ildir Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutur.

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qeyri-müəyyənliyi problemin həlli müddətini uzadır.

Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunması qarşı tərəfi ciddi narahat edir.

Bu səbəbdən də Türkiyənin danışıqlar masasında olmasını istəmir.

Türkiyə artıq regional gücə çevrilib, Cənubi Qafqaza ciddi təsiri olan ölkədir.

Qafqazda sülhün təmin olunmasında qardaş ölkə də maraqlıdır.

Bildirim ki, Qarabağ probleminin diplomatik həllində Türkiyənin hərtərəfli rolu və iştirakı var.

Türkiyə bütün rəsmiləri bu məsələdə Azərbaycanın tərəfindən çıxış edir.

Ermənistanla münasibətlərimizin arzu etmədiyimiz şəkildə olduğu dövrdə Türkiyə ilə yanaşı, bir çox dost və qardaş ölkə hərtərəfli köməyə hazır olduğunu bəyan etdi.

Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama verdi.

Türkiyə Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyən qətiyyətli mövqe nümayiş etdirib.

Qeyd edim ki, Türkiyə Azərbaycanı maraqlandıran bütün mövzularda hər zaman aktiv çıxış edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu yaxınlarda qeyd etdib ki, “Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində təklif etdiyi və razılaşdığı formul nə olacaqsa, Türkiyə də onu dəstəkləyəcək”.

Türkiyə və Azərbaycanın son illərdə birgə həyata keçirdiyi işlərə nəzər yetirsək, görərik ki, biz daha da doğmalaşırıq, əməkdaşlığımız inkişaf edir.

Eyni zamanda hazırda iki qardaş ölkə olaraq biz digər xarici ölkələrin – Gürcüstan, İran və Türkmənistanın iştirakı ilə gözəl layihələr həyata keçiririk.

Azərbaycanın böyük gücə çevrilməsi isə düşmən ölkəni ciddi narahat edir.

Məhz buna görə də Türkiyə ilə olan münasibətlərimizə fərqli donlar geyindirməyə cəhd göstərir.

Ermənistan tərəfinin cəhdləri uğursuz olaraq qalacaq Azərbaycan imkan verməyəcək ki, danışıqların formatı dəyişsin.

Bizim mövqeyimiz qətidir.

Belə ki, danışıqlar Ermənistan və Azərbaycan arasında aparılacaq.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı müzakirə mövzusu belə ola bilməz.

Ermənistanın uzun illərdi irəli sürdüyü fikirin bizim üçün heç bir əsası yoxdur.

Bu münaqişə Azərbaycan – Ermənistan arasındadır.

Danışıqlarda digər üçüncü qüvvələrin iştirakı mümkün deyil.

Müşfiq CƏFƏROV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır…”-MEHRİBAN ƏLİYEVA

Read Next

“Ağdamı şumlayıblar…Amma əvvəlkindən daha gözəl evlər tikəcəyik…Bu evlərə sement yox, sevinc göz yaşları vuracağıq”-AQİL ABBAS

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir