“Bölgədə əslində sülhməramlıya yalnız Zəngəzur və Göyçədə ehtiyac var…Qaçqınlar Qərbi Azərbaycana-öz ata-baba yurdlarına qayıdanda, onların orada real təhlükə ilə qarşılaşacağı aydındır, bu baxımdan, sülhməramlı məhz orada lazımdır”-BƏHRUZ MƏHƏRRƏMOV

Rusiya Xarici İşlər naziri Lavrovun bəyanatına 2 prizmadan yanaşmaq olar: Birincisi, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın Azərbaycanın ərazilərində işğal faktını bir daha təsdiq etməsi müsbət haldır. Lakin indiki məqamda işğal altında olan ərazilərə Dağlıq Qarabağ və digər rayonlar formatında yanaşma qəbuledilməzdir. Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati vahid yoxdur, işğaldakı hər bir qarış istisnasız bizimdir və işğala son qoyulması kompleks akt olmalı, bütün əraziləri əhatələməlidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

“İkincisi, bir neçə dəfə təkrarlanan, dilə gətirilən, yəni, bölgəyə sülhməramlı yeridilməsi məsələsinə gəlincə, əgər Lavrov rus əsgərini nəzərdə tutursa, buna ehtiyac yoxdur. Azərbaycan dövləti digər vətəndaşlarımızı olduğu kimi, bölgəyə 200 il əvvəl köçmüş erməni milli azlığının da təhlükəsizliyini təmin etməyə qadirdir”-deyən millət vəkili bildirib ki, bölgədə əslində sülhməramlıya yalnız Zəngəzur və Göyçədə ehtiyac var, qaçqınlar Qərbi Azərbaycana – öz ata-baba yurdlarına qayıdanda, onların orada real təhlükə, faşist erməni xisləti ilə qarşılaşacağı aydındır, bu baxımdan, sülhməramlı məhz orada lazımdır.

“Üçüncüsü, Rusiya bəzən bəyanatları elə tonda verir ki, sanki bölgədən xəbəri yoxdur. Rusiya müəyyən dövrlər münaqişənin nizamlanması üzrə vasitəçi yox, az qala tərəf kimi iştirak edib, elə son dövrlərdə təyyarələrlə Ermənistana silah daşıması da bu qəbildən bir misaldır. Bütün bunların fonunda Rusiyanın ən ədalətli mövqeyi o olar ki, cənab Prezidentin dediyi kimi, bizi düşmənimizlə təkbətək buraxsın.

O zaman hər şey qaydasına düşəcək, bəlkə Azərbaycan əsgərinin heç xəbərdarlıq atəşi açmasına da ehtiyac olmaz, erməni qarşısında Azərbaycanı görsə və arxasında da güvənəcəyi güc olmasa, torpaqları bir neçə saat içində boşaldıb geri çəkilər-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Müharibə başlayarsa, bu, bütövlükdə region, daha geniş vüsət alarsa, dünya üçün təhlükə yaratmış olacaq…”-MÜBARİZ QURBANLI

Read Next

Azərbaycan Respublikası Prokurorluğu: qanunçuluğun etibarlı keşikçisi-RÖVŞƏN ƏLİYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir