“Erməni tərəfi başa düşməlidir ki, təxribaçı davranışlar ona heç bir fayda gətirməyəcək, əksinə, daha böyük fəlakətlərə səbəb olacaq”-DEPUTAT

Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. Bütün müharibələrin sonu diplomatik müstəvidə əldə edilən razılaşmalarla yekunlaşır. Vətən müharibəsi də tarixə 10 noyabr birgə bəyanatı kimi düşmüş sənədin imzalanması ilə başa çatıb.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Millət vəkili bildirib ki, hazırda əsas məsələ əldə olunmuş razılaşmaların yerinə yetirilməsidir. Amma erməni tərəfi hələ də təxribatçı fəaliyyətini davam etdirməkdədir.

Belə ki, Ermənistan Azərbaycan ərazisində hərbi qüvvələrinin bir hissəsinin və burada yaradılmış qeyri-qanuni rejimin saxlanılması məqsədilə fəaliyyətini davam etdirir. Erməni tərəfi öz mövqeyini Azərbaycana qarşı yalan və saxta məlumatlarla “əsaslandırmağa” çalışır. Bu yalanlar Avropada hakim dairələr arasında da yayılır ki, burada erməni lobbisinin xüsusi rolu var.

F. Yıldırımın sözlərinə görə, erməni tərəfi beynəlxalq müstəvidə Azərbaycana qarşı çirkin kampaniyasını dayandırmaq fikrində deyil. Guya ölkəmizin hərbi təcavüz etdiyi, mülki insanları hədəfə alması barədə yayılan təxribatçı kampaniya buna sübutdur. Bununla da, məqsəd   Dağlıq Qarabağın statusunu süni surətdə gündəmə gətirib vəziyyətin yenə də gərginləşdirilməsindən ibarətdir.


Deputat qeyd edib ki, ermənilərin bu iddialarının heç bir əsası yoxdur:

“Bütün dünyaya məlumdur ki, Ermənistan 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb və bunun nəticəsində də 1 milyondan çox insan öz doğma torpaqlarından qovulub. Münaqişənin həlli üçün uzun illər davam edən diplomatik danışıqlar isə Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində nəticəsiz qalıb. Ermənistanın əsl məqsədi bu torpaqları öz sahibinə qaytarmamaq idi.

Hələ bu azmış kimi bu ölkənin müdafiə naziri Azərbaycanın yeni ərazilərini işğal edəcəklərini bəyan etmişdi. Ötən ilin iyul və sentyabr aylarında baş verən hərbi təxribatlar da buna dəlalət edir. Belə olduğu təqdirdə Azərbaycan BMT Nizamnaməsinə uyun olaraq özünü müdafiə məqsədilə əks-hücum əməliyyatına başlayaraq işğal altında olan torpaqlarının böyük hissəsini hərbi yolla azad etdi.

10 noyabr razılaşmasına uyğun olaraq Ermənistan digər əraziləri də Azərbaycana qaytarmağa məcbur oldu. Azərbaycan, Rusiya prezidentləti və Ermənistanın baş naziri arasında imzalanmış sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı heç bir müddəa yoxdur. Qarabağda yaşayan ermənilər də Azərbaycanın digər vətəndaşları kimi bərabər hüquqlara malik olacaqlar.

Belə olan təqdirdə, ermənilərin status məsələsini gündəmə gətirməyə çalışması təxribatdan başqa bir şey deyil. Bu gün üçrətəfli razılaşmanın icrası istiqamətində müvafiq addımlar atılır. Yaxşı olar ki, Ermənistan bu razılaşmaların yerinə yetirilməsi öhdəliyinə sadiq qalsın.

Burada vacib amillərdən biri də kommunikasiyaların bərpasıdır. Kommunikasiyaların bərpası, regional əməkdaşlıq Ermənistanın çıxış yoludur. Erməni tərəfi başa düşməlidir ki, təxribaçı davranışlar ona heç bir fayda gətirməyəcək, əksinə daha böyük fəlakətlərə səbəb olacaq”.

Etikxeber.az

Read Previous

“Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edərkən başınızdan yaralansanız da, inadınızdan dönməyərək, yenə də döyüsə davam etmisiz…”-MM-İN KOMİTƏ SƏDRİ QAZİYƏ MİNNƏTDARLIQ ETDİ – FOTOLAR

Read Next

“Şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan tarixi zəfər qazanıb…”-QƏNİRƏ PAŞAYEVA ŞƏHİD XANIMINI QƏBUL ETDİ VƏ…-FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir