“Ermənilər, düşmən dəyişməyib, dəyişməyəcək…Təcavüzkar yerində oturdulmalı, Azərbaycanın haqq səsi eşidilməlidir”-TAHİR RZAYEV GƏNCƏ HADİSƏLƏRİNİ SOYQIRIMI, QƏTLİAM KİMİ QİYMƏTLƏNDİRDİ

Gəncəyə atılan raket bir daha erməni xislətini ortaya qoydu və göstərdi ki, ermənilər heç vaxt atəşkəsə əməl etməyib, bundan sonra da əməl etməyəcəklər.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, atəşkəs müqaviləsi dəfələrlə bağlanıb, lakin ermənilər, işğalçılar bu atəşkəsdən istifadə edib, müəyyən qüvvə toplayıblar.

“O vaxt Xocalı faciəsini, soyqırımını törətdilər. Sonra Şuşanı, Laçını qəsb etdilər. Sonrakı dövrdə Azərbaycanın bir çox ərazilərini işğal elədilər. 1994-cü ildə bağlanmış atəşkəsdən sonra da mütəmadi olaraq erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğala məruz qoydu və sərhədlərimizdə daimi olaraq atəşkəs pozuldu, dinc əhali qətlə yetirildi, mülki obyektlərə ziyan dəyildi. Ondan sonra yeni təxribatlar, fitnəkarlıqlar törədildi. Ona görə də bu atəşkəsin pozulması erməni xislətindən, erməni faşizmindən, erməni təcavüzkarından xəbər verir və elə bilirəm ki, bu, beynəlxalq aləmi, beynəlxalq ictimaiyyəti ciddi düşündürməlidir.

Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə xatırladıb ki, biz sülhsevər dövlətik, biz müharibə istəmirik. Biz haqq uğrunda mübarizə aparırıq, öz torpaqlarımızın işğaldan edilməsi üçün vuruşuruq. Bu, bizim haqqımızdır. Bu, beynəlxalq normalarına söykənən bir haqdır və biz haqqımızı mütləq tələb etməliyik, biz haqqımız uğrunda qalib gəlməliyik. Ancaq siyasət elə bir məsələdir ki, ölkə rəhbəri istər-istəməz həm də beynəlxalq aləmi eşitməli, beynəlxalq təşkilatların tövsiyələrini nəzərə almalıdır. Məhz buna görə də erməni tərəfi beynəlxalq aləmə, dövlət başçılarına yalvardı, yaxardı, onların ayaqlarına düşdü və ölkə rəhbəri yenidən öz humanistliyini, beynəlxalq normalara sədaqətini ortaya qoydu və humanitar atəşkəsin tətbiq olunmasına razılıq verildi.

Dünən saat 12-də atəşkəs tətbiq olunmalı idi. Lakin erməni tərəfi hər vəhclə bu atəşkəsə məhəl qoymadı və yenidən Azərbaycan əraziləri atəşə tutuldu. Gecə saatlarında Gəncədə baş verən qətliam, soyqırımdır, cinayətdir, müharibə cinayətidir. Beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Cenevrə qaydalarına bir zərbədir. Ona görə də Azərbaycan Ordusu yenidən öz sözünü deməyə məcburdur. Erməni silahlı birləşmələri nəinki Gəncəni atəşə tutublar, eləcə də Mingəçevirə raket atıblar. Tərtər çoxsaylı atəşlərə məruz qalıb. Ağcabədi, Bərdə, Goranboy və digər ərazilərə də mərmilər, raketlər yağdırılıb. Bu, yenə də deyirəm, atəşkəsin pozulması ilə bərabər, kömək etmək istəyən, atəşkəsin tətbiq olunmasına təşəbbüs göstərən ölkələrə bir hörmətsizlikdir. Onlara da bir etimadsızlıqdır, etibarsızlıqdır.

Çünki erməni tərəfi həmişə danışıqları pozub, həmişə sülhdən qaçıb. Həmişə özünün təcavüzkarlıq siyasətini yeritmək üçün müxtəlif hiylələrə əl atıb. Sözsüz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev hadisələrin gedişi, bu təxribat, bu faciə üçün ermənilərdən, Ermənitanın hakim siyasi dairələrindən cavabdehlik tələb edəcək və bu cavahdehlik onlara çox ağır başa gələcək. Çünki ölkə Prezidenti dəfələrlə xatırladıb, qeyd edib ki, əgər ermənilər işğal olunmuş torpaqları geri qaytarmasalar, sonrakı hadisələr, gedişlər onlar üçün baha başa gələcək. Ona görə də onlar ağıllarını başlarına yığmalıdırlar. Fikirləşməlidirlər, daşınmalıdırlar, birdəfəlik qərar qəbul etməlidirlər. Ancaq ermənilər qərar qəbul etmək əvəzinə, öz məğlubiyyətlərini etiraf etmək əvəzinə, yenidən vaxt almaq, əlavə qüvvə toplamaq, silahlar əldə etmək və Azərbaycanın ərazilərini işğal etmək üçün çox böyük faciələr, çox böyük soyqırımlar etmək niyyətindədirlər.

Gəncə hadisələri bunu göstərdi və elə bilirəm bu, bizim üçün bir siqnal olmalıdır. Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan döyüşçüləri, igid oğlanlarımız öz sözlərini deməlidir, düşmən üzərində inamlı qələbəmiz təmin olunmalıdır. Və beynəlxalq təşkilatlar da bu hadisələrə, bu faciələrə, bu insan qırğınlarına dərhal öz münasibətlərini bildirməlidirlər. Çünki onlar uzun müddət susublar və bu susqunluğun nəticəsi olaraq, Ermənistan harınlaşıb, quduzlaşıb. Ermənistanın siyasi hakim dairələri azğınlaşıb, onlar öz yollarını çaşıblar. Və onlar bu gün də deyilənlərə, beynəlxalq hüquqa məhəl qoymadan öz çirkin əməlləri davam etdirirlər. Ona görə də təcavüzkarın qiyməti verilməlidir. Təcavüzkar yerində oturdulmalıdır və Azərbaycanın haqq səsi eşidilməlidir”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Düşmənə məxsus növbəti PUA məhv edildi-DÜŞMƏNƏ NÖVBƏTİ ZƏRBƏ VURULDU, TƏRTƏR, AĞDAM, AĞCABƏDİ VƏ FÜZULİ YENİDƏN ATƏŞƏ TUTULDU – YENİLƏNİB – (2)

Read Next

“İri sənaye şəhəri Mingəçevirə raketlər atılıb və…”-BAŞ PROKURORLUQ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir