Ermənilər yenə təxribata əl atdı-YENƏ DƏ CAVABLARINI ALDILAR – SOFİYADA

Bu gün Sofiyada növbəti dəfə erməni deputatlarının siyasi təxribatının qarşısı alındı. Belə ki, Bolqarıstanın paytaxtında keçirilən Qara Dəniz İqtidadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin ( QDİƏT PA) 54-cü Baş Assambleyasının  bugünkü iclasında Ermənistan deputatları növbəti dəfə siyasi təxribata əl atmaq istədilər. Ermənistandan olan bir deputat elan etdi ki, Azərbaycan və Ermənistan rəhbərləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan, Ermənistan və “Dağlıq Qarabağ xalqının” maraqlarına cavab verməlidir. Digər erməni deputat isə  “Bakı – Tbilisi – Qars” dəmiryol xəttindən danışaraq onun əhəmiyyətini azaltmağa çalışdı.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanın QDİƏT PA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyib.

“Onlardan sonra mən çıxış edərək Azərbaycan tərəfdən heç zaman belə bəyanat olmadığını sessiyanın nəzərinə çardırdım. Azərbaycanın mövqeyi belədir ki, Azərbaycan ərazisindən Ermənistan qoşunları qeyri- şərsiz çıxarılmalıdır, Azərbaycan həmin bölgəyə ən yüksək muxtariyyət verməyə hazırdır. Əgər işğal məsələsi olmasaydı,  həmin xətt Ermənistandan da keçə bilərdi və qoşu ölkə Azərbaycan iqtidadi layihələrinfən yüz milyonlarla gəlir ala bilərdi”-deyən millət vəkili həmçinin qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva da çıxış edərək Ermınistan nümayəndələrinin beynılxaq tədbirdə “Artsax” yalanını yaymasına etiraz  və Ermənistanın Azərbaycan torpaqlarını azad etməsini tələb edib.

“Azərbaycan deputatları Musa Quliyev və İlham Əliyev də Ermənistan işğalına və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinə tutarlı cavab verdilər…”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qurucu olmaq üçün buradayıq, qırıcı olmaq üçün deyil” – JALƏ ƏLİYEVADAN ERMƏNİ DEPUTATA SƏRT CAVAB

Read Next

Prezidentdən Sumqayıtla bağlı – İKİ SƏRƏNCAM – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir