Ermənistan ərazisində heç bir əməliyyat həyata keçirilməyib-BAŞ PROKUROR – YENİLƏNİB – (3)

1988-ci ildən Ermənistanın Azərbaycan qarşı ərazi iddiası başlayıb.

Etikxeber.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş ProkurorluqXarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

Baş Prokuror bildirib ki, müxtəlif səviyyələrdə, müxtəlif vaxtlarda Azərbaycana qarı həyata keçirilən və həyata keçirilməyə cəhd göstərilən ərazi iddiaları siyasi və digər üsullarla olub.

“Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı müxtəlif cinayət hadisələri həyata keçirilib. Müstəqillik əldə edilənə qədər bu iddialar başqa formada, müstəqillikdən sonra isə daha başqa formalarda özünü göstərib. Azərbaycanın əraziləri işğal altında olan zaman iqtisadi, ekoloji xarakterli cinayətlər törədilib. Cinayət hadisələri 44 günlük Vətən müharibəsi dövründə də davam edib. Münaqişədən sonra da bu cinayətlərin şahidi olmuşuq. 34 illik dövr ərzində bütün bu hadisələr məhz Azərbaycan ərazisində baş verib. Ermənistan ərazisində heç bir əməliyyat həyata keçirilməyib”-deyə, o, əlavə edib.

***

“Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb”.

Bunu isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

Bildirib ki, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət aparan 2 hərbi qulluqçunun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri, həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin 2 hərbi qulluqçusunun Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla video qeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələri faktları ilə bağlı istintaq aparılıb:

“4 nəfər şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, həmin şəxslər barədə cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərilib. Həmin şəxslər məhkəmə hökmləri ilə məhkum ediliblər”.

***

Azərbaycana qarşı törədilən cinayətlərlə bağlı 57 nəfər Ermənistan vətəndaşı məsuliyyətə cəlb olunub.

Bunu da Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İ. Səfərov deyib.

Bildirib ki, 14 nəfər Cinayət Məcəlləsinin 318.2, 36 nəfər CM-nin 228.3 və 318.2-ci maddələri,

2 nəfər Cinayət Məcəlləsinin 112, 113, 115.3, 120.2.1, 120.2.3, 120.2.12, 206.3.2, 228.2.1, 228.2.2, 279.1, 318.2, , 2 nəfər 214.2.1,214.2.2, 214.2.3, 214-3.2, 228.3, 282.2, 318.2 və 28, 282.2-ci, 2 nəfər 228.2.1, 276, 279.1 və 318.2, 1 nəfər 114.3, 214.2.1, 214.2.3, 228.2.1, 279.1 və 318.2-ci maddələri ilə məhkum edilib.

***

Sonra “Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən «Hərbi əsirlərlə rəftara dair» və «Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair» 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və «Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair» həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb, onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub”-deyən İ. Səfərovun bildirib ki, itkin düşənlərin 872-sinin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur:

“Əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.

Erməni tərəfi etiraf etmək istəməsə də, Fərrux, Daşaltı və Edillidə aşkar edilmiş əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlər törədilmiş hərbi cinayətlərin birbaşa sübutudur”.

İ. Səfərov qeyd edib ki, 17 fevral 2021-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, 28-29 mart 2022-ci il tarixdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, 23-26.02.2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) insan meyit qalıqları, 15-29 sentyabr 2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar edilmiş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid insan meyit qalıqları çıxarılaraq götürülüb:

“2014-cü ildən etibarən I Qarabağ müharibəsində itkin düşmüş 3400 şəxsin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisləri tərəfindən 10583 bioloji nümunə toplanılıb. 490 nəfər itkin düşmüş şəxsin qohumlarının müəyyən edilərək DNT nümunəsi götürülməsi prosesi davam edir”.

11:50

***

Döyüş əməliyyatları ilə bağlı olmayan faktlar üzrə 1988-1992-ci illərdə azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 212 cinayət işi başlanılıb.

Bu barədə də İ. Səfərov məlumat verib.

Bildirib ki, 12 may 1994-cü il tarixli Bişkek protokolu əsasında tətbiq edilən atəşkəsdən sonra 2020-ci ilin sentyabr ayına qədər azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 918 cinayət işi başlanıb. Qeyd edilən bu cinayətlərin böyük əksəriyyəti çoxsaylı epizodları əhatə edir:

“Atəşkəs dövründə 400 hərbi qulluqçu və 31 mülki şəxs qəsdən öldürülüb, 1042 hərbi qulluqçu və 69 mülki şəxs qəsdən öldürülməyə cəhd edilib.

Cinayət işləri üzrə 305 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib”.

Etikxeber.az

Read Previous

Ermənistan dezinformasiya yaymaqla təxribat əməllərini gizlətməyə çalışır-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“Azərbaycan Brüssel formatını dəstəkləyir”-Əliyev Mişellə görüşdə-BELƏ DEDİ- FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir