“Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməlidir”-AZƏRBAYCANIN ATƏT-DƏKİ DAİMİ NÜMAYƏNDƏSİ

Minsk Qrupu köhnəlmiş struktur kimi son 2 ildə tamamilə qeyri-işlək vəziyyətdədir. Bu struktura istinadlar yalnız yalan gözləntilər və illüziyalarla qidalanır, Ermənistanda hələ də hökm sürən revanşist yanaşmanı qoruyur və gərginliyi artırır. Azərbaycan və Ermənistan arasında münaqişədən sonra normallaşma ilə bağlı ikitərəfli müzakirələr ATƏT çərçivəsindən kənarda aparılır.

Etikxeber.az xəbər verir ki, bunu ATƏT-in Daimi şurasının xüsusi iclasında Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli Ermənistan XİN başçısı Ararat Mirzoyanın çıxışına cavabında deyib.

Qeyd edib ki, Ermənistan bu reallığı etiraf etməli və buna uyğun hərəkət etməlidir:

“Əgər bu ölkə həqiqətən də regionda sülh və sabitlikdə maraqlıdırsa, o zaman biz Ermənistanı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəfləyən bütün fəaliyyətlərdən və qızışdırıcı ritorikadan əl çəkməyə, normallaşma prosesinə xələl gətirmək cəhdlərini dayandırmağa və üçtərəfli bəyanatlar üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırırıq.

Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli və Azərbaycan və digər qonşu dövlətlərlə onların suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərini normallaşdırmaq üçün yaranmış tarixi fürsətdən istifadə etməli və bu istiqamətdə zəruri addımların atılmasını təmin etməlidir. Bunun regionda uzunmüddətli sülh və sabitlik üçün alternativi yoxdur.

Azərbaycan dinc, təhlükəsiz, sabit və firavan regionun yaradılması məqsədlərinə tam sadiqdir və bu məqsədlə səylərini davam etdirəcəkdir”.

Etikxeber.az

Read Previous

Daha 71 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Read Next

“Təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazlar Azərbaycan vətəndaşlarının legitim hüququdur”-CEYHUN BAYRAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir