Ermənistan hərbi birləşməsinin Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq-TƏKLİF EDİLDİ…

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.

Müdafiə Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər  normalarına uyğun həyata keçiriləcək.

Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək.

Etikxeber.az

Read Previous

“Bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaq”-İLHAM ƏLİYEV TƏHLÜKƏSİZLİK ŞURASINI ÇAĞIRDI – FOTO -YENİLƏNİB – (5)

Read Next

Sahibə Qafarova ilə Mustafa Şentop arasında-TELEFON DANIŞIĞI OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir