Ermənistan hərbi qarşıdurma yaratmaq məqsədilə dövlət sərhədində növbəti təxribata cəhd edib-MÜDAFİƏ NAZİRLİYİ

Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən məlumata görə, noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşib:

“Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaqdır.

Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək.

Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Etikxeber.az

Read Previous

Onsuz keçən ilk ad günü: BU GÜN GÖRKƏMLİ DÖVLƏT XADİMİ-MƏRHUM ASLAN NƏSİBOVUN 90 İLLİK YUBİLEY DOĞUM GÜNÜDÜR…

Read Next

4 bacının tək qardaşı-Şəhid Əli Məmmədov və 3 övladı Vətənə əmanət qalan-Şəhid Nahid Mikayılov – HƏR İKİ ŞƏHİD AİLƏSİ ZİYARƏT OLUNDU VƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir