Ermənistan Kəlbəcər istiqamətində təxribat törədib, atışma gedir-MÜDAFİƏ NAZİRLİYİ – YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

18:10

***

“Ermənistan tərəfinin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınacaq”.

Bu barədə isə MN-nin dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilərin növbəti təxribat cəhdi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüraya son qoymalıdır:

“Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyil. Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

Etikxeber.az

Read Previous

Daha 2001 yeni yoluxma-DAHA 19 ÖLÜM…

Read Next

Belçika və Fransa dünya çempionatının final mərhələsinə vəsiqə qazandı-ŞANS TÜRKİYƏNİN ÜZÜNƏ DƏ GÜLƏCƏKMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir