Ermənistan məqsədyönlü şəkildə dövlət sərhədində təxribat törədib-MÜDAFİƏ NAZİRLİYİ

Oktyabrın 9-da saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olunub.

Bu haqda Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Etikxeber.az-a bildirilib.

Qeyd olunub ki, Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən düşmən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə doğru atəş açmışlar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verib və yanğın müşahidə edilib.

“Bildiririk ki, baş verən insidentə Azərbaycan Ordusu bölmələrinin heç bir aidiyyəti yoxdur. Bu təxribat, erməni xalqı və beynəlxalq aləmin diqqətinin Ermənistan rəhbərliyinin hərbi və siyasi meydanda uğradığı iflasdan yayındırmaq məqsədi daşıyır.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin bu təxribatını kəskin qınayır və bu əmələ görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyü bildirilir”-deyə, sonra qeyd olunub.

Etikxeber.az

Read Previous

“Biz ərazi bütövlüyümüzü bərpa edirik və biz haqlıyıq. Biz öz torpağımızda savaşırıq, Ermənistan digər ölkənin torpağında vuruşur…”-İLHAM ƏLİYEVİN NÖVBƏTİ MÜSAHİBƏSİ – FOTOLAR

Read Next

Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək-54 SAAT…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir