“Ermənistan müxtəlif təxribatlara əl ataraq danışıqları pozur” – NAZİR

Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Finlandiyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Etikxeber.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə toxunulub.

Peter Stenlund Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar nazir  Məmmədyarova təbriklərini çatdırıb.

Peter Stenlund tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstək ifadə olunub.

Nazir  münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verib. Münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb. O, Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələrdən sonra Ermənistanın müxtəlif təxribatlara əl ataraq münaqişənin həlli üzrə aparılan danışıqları və müzakirə olunan məsələləri pozmağa çalışdığını bildirib.

Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Etikxeber.az

Read Previous

Hava ilə bağlı heç bir avtobus reysi təxirə salınmayıb – AÇIQLAMA

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir