Ermənistan ordusu növbəti dəfə Kəlbəcəri atəşə tutub-MÜDAFİƏ NAZİRLİYİ

Mayın 2-si saat axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən  Etikxeber.az-a verilən xəbərə görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

“Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, – qeyd olunub.

Etikxeber.az

Read Previous

“Ordenlərimizdən biri Nurlanımın Haqqıdır…İstəyirəm ki, övladım ən ali ordenlərimizdən biri ilə təltif olunsun!”- ŞƏHİD NURLAN QULİYEVİN ANASI ZÜLFİYYƏ QULİYEVA ALİ BAŞ KOMANDANA MÜRACİƏT ETDİ

Read Next

Özünü qazi kimi təqdim edən dilənçi-SAXLANILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir