Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edib-MN

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən xəbərə görə, əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

“Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”-deyə, məlumatda bildirilib.

Etikxeber.az

Read Previous

Şəhid xanımı İradə Abbasova Mehriban Əliyevaya müraciət etdi: “AYLARDIR BƏRBAD VƏZİYYƏTDƏ OLAN MƏNZİLİMİZİN TƏMİRİ MƏSƏLƏSİ YUBALIDIR, KİRAYƏDƏ YAŞAMAQ MƏCBURİYYƏRİNDƏ QALMIŞIQ, BİZƏ KÖMƏK EDİN”

Read Next

“Psixoloji sağlamlıqla bağlı maarifləndirmə işlərinin ləngiməsi insanları falçı, baxıcı qapısına aparır”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir