“Ermənistan və Azərbaycan rəhbərliyinə sülh sazişi çərçivəsində bəzi mübahisəli məsələlərin həlli ilə bağlı təkliflər təqdim edilib”-ABŞ RƏSMİSİ

ABŞ administrasiyası Ermənistan və Azərbaycan rəhbərliyinə sülh sazişi çərçivəsində bəzi məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib.

Etikxeber.az məlumat verir ki, bu barədə bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində bildirib.

Qeyd edib ki, iki ölkə arasında danışıqlar prosesində irəliləyiş var.

O, sonra “Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsindəki qoşunların çıxarılması, müqavilədəki mübahisələrin həlli mexanizmi üzərində işləməyi qəbul etdi”-deyə, bildirib.

Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Hoqanın sözlərinə görə, bu görüşdə iki tərəf arasında sıx diplomatik qarşılıqlı əlaqə olub.

“Biz indi ən mübahisəli məsələlərdə nə edilə biləcəyini araşdırırıq. Biz bir sıra təkliflər irəli sürdük ki, ola bilsin ki, hər iki tərəf fikir ayrılıqlarını aradan qaldırmaq üçün hansısa ortaq məxrəc tapıblar”-deyən Hoqan bildirib ki, ötən həftə “hansı sahələrdə irəli gedə biləcəyimizi” anlamaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb.

Etikxeber.az

Read Previous

“Ağır və çətin olan hərb yolunu, hər sənətini seçdiyimə görə heç zaman təəssüflənmədim, peşmançılıq hissi keçirmədim…”-APREL DÖYÜŞLƏRİ VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI, ALİ TƏHSİLLİ PEŞƏKAR HƏRBÇİ, MAYOR, BİR NEÇƏ MEDALLI-QAZİ YADİGAR SADİQOV – FOTOLAR

Read Next

Naftalanlı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki övladından, iki qardaşdan biri, subay Elyəddin Cəfərovun Cənnətdəki üçüncü doğum günüdür-BU GÜN ONUN 28 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir