“Ermənistan yüz minlərlə insanı milli, dini zəmində zorakılığa məruz qoyub” – Dini Komitənin sədri

“Azərbaycanın tolerantlığı dünyanın 28 ölkəsində tədris olunur”.

Etikxeber.az-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. M. Qurbanlı deyib ki Azərbaycanda tolerantlıq bir ənənədir, dövlət siyasətidir. Komitə sədri əlavə edib ki, son 15 ildə dünyada 57 min terror hadisəsi baş verib:

“Bu hadisələrin 2 minini ermənilər azərbaycanlılara qarşı törədiblər. Qafqazda ən qaynar münaqişələrdən biri Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Ermənistan Azərbaycan torpaqlarını işğal edib, yüz minlərlə insanı milli, dini zəmində zorakılığa məruz qoyub”. 

Etikxeber.az

 

Read Previous

Kirill: “Çətin günlər yaşadıq…”

Read Next

“Dini və etnik münaqişələr bizi tez bir zamanda addımlar atmağa, birgə səylər göstərməyə çağırır” – Yepiskop Dmitri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir