Ermənistanın addımı danışıqlara xələl gətirmək məqsədini güdür – XİN

Kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, bu ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin yaydığı açıqlamada əksini tapıb.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər.

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə cari ilin 26 sentyabr tarixində Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədini güdür. 

Bir daha xatırladırıq ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”-deyə, XİN-nin açıqlamasında sonra bildirilib.

Etikxeber.az

 

Read Previous

Prezident “ADEX-2018” sərgisi ilə tanış oldu, XOK sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi- FOTOLAR – YENİLƏNİB

Read Next

Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi anlaşdı… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir