“Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir”-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB – (2)

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mühüm mülki infrastrukturunu məqsədli şəkildə hədəf almasının daha bir sübutu barədə tvit paylaşıb.

Etikxeber.az-ın məlumatına görə, Mingəçevirdə enerji blokunun yaxınlığına düşən raketin fotolarını paylaşan H.Hacıyev onun partlamadığını bildirib.

“Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir”-deyə, Prezidentin köməkçisi qeyd edib.

06:03

***

“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər bəzi şəhərlərində əhalinin sıx məskunlaşdığı mülki obyektlərə raket zərbələri endirirlər”.

Bunu da H. Hacıyev “Twitter”də bildirib.

Prezidentin köməkçisinin sözlərinə görə, bu, barbarlıq və vandalizmdir, eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyinin təşviş içərisində olduğunu göstərir.

“Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyinin göstəricisidir” – deyə, H. Hacıyev vurğulayıb.

12:30

***

“Ermənistanın Azərbaycanın böyük şəhərlərinə intensiv raket hücumları mülki insanları öldürmək məqsədi ilə bu ölkənin həyata keçirdiyi dövlət terrorudur”-deyən H. Hacıyev növbəti tvitində bildirib ki, Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə intensiv raket hücumları mülki insanları öldürmək məqsədi ilə Ermənistanın həyata keçirdiyi dövlət terrorudur. Buna görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır.

13:55

***

“Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutub. Bazarın hansı hərbi əhəmiyyəti ola bilər?”

Bu barədə də H. Hacıyev “Twitter”də bildirib.

“Bu raket hücumu yalnız mülki əhali arasında kütləvi itkilərin olması məqsədilə edilib. Mülki azərbaycanlılara qarşı Ermənistanın dövlət terrorizmi davam edir” – deyə, H. Hacıyev vurğulayıb.

Etikxeber.az

Read Previous

“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluqlarında 19 cinayət işi başlanılıb”-BAŞ PROKURORLUQ – YENİLƏNİB – (1)

Read Next

Milli Məclisin payız sessiyasının üçüncü iclası sabah keçiriləcək-18 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ, “MADAGİZ”İN “SUQOVUŞAN” ADLANDIRILMASI QANUNLA RƏSMİLƏŞDİRİLƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir