“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluqlarında 19 cinayət işi başlanılıb”-BAŞ PROKURORLUQ – YENİLƏNİB – (1)

27 sentyabr tarixindən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxslərini və mülki infrastrukturunu məqsədyönlü şəkildə hədəfə alır.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyinin (XN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

Ermənistan tərəfinin ənənəvi şəkildə yenə də yalan və iftiraya əl ataraq guya ki, azərbaycanlı mülki şəxsləri və obyektləri hədəfə almağıdını bildirdiyini qeyd edən L. Abdullayeva deyib ki, sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyekt, infrastruktur dağıdılıb.

“Ermənistan tərəfindən geniş şəkildə əcnəbi terrorçu qüvvələr və muzdlular Azərbaycana qarşı istifadadə olunur”-deyən L.Abdullayeva deyib.

O, bildirib ki, Yaxın Qərq regionundan, xüsusən Suriya, Livan, daha sonra Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq faktlar və məlumatlara rast gəlinir.

“Ermənistanın siyasi rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparıb və bir müddət öncə Livanda baş vermiş partlayışdan sonra erməni əsilli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə bağlı nümayişkaranə şəkildə qeyri-qanuni fəaliyyətini davam etdirib. Daha sonra “Müdafiə haqqında” qanuna dəyişiklik edərək könüllü silahlı qruplaşmaların yaradıldığını elan edən Ermənistan artıq bu bölgədən köçürdüyü insanları daha sonradan hərbi birləşmələrə inteqrasiya edib. Bu, həmin insanlardan Azərbaycana qarşı aparılan döyüşlərdə istifadə olunması məqsədi güdür. Son zamanlar biz Ermənistan hökumətinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatları vasitəsi ilə ermənilərin toplanması və Ermənistana yola düşməsi, həmçinin bu istiqamətdə maliyyələşdirmə, dəstək tədbirlərinin, ianələrin ayrılması ilə bağı böyük canfəşanlıqla fəaliyyət göstərdiyini açıq şəkildə müşahidə edirik”– deyə, XİN rəsmisi vurğulayıb. 

***

“Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluqlarında 19 cinayət işi başlanıb”.

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

Cinayət işləri ilə bağlı istintaq davam etdirilir.

12:55

***

Sonra “Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qalıb”-deyən L. Abdullayeva bildirib ki, Ermənistanın Azərbaycan şəhərlərinə raket zərbələri endirməsi ilə bağlı əlimizdə olan, xüsusilə həm yerli, həm də beynəlxalq ekspertlərin, hadisə yerində olan reportyorların və xarici jurnalistlərin iştirakı ilə toplanmış faktlar Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək.

Etikxeber.az

Read Previous

“Hazırda Beyləqan, Bərdə və Tərtər şəhərləri düşmən tərəfindən atəşə tutulur”-MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI – İŞĞALÇI GƏNCƏNİ YENİDƏN ATƏŞƏ TUTDU – YENİLƏNİB

Read Next

“Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir”-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir