“Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib”-VAQİF DƏRGAHLI – YENİLƏNİB

Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.  

“Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub. Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır. Bəzi xəbərlərə görə artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var” – deyə, V.Dərgahlı qeyd edib.

14:54

***

“Aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda, dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə etmişik”.

Bunu da V. Dərgahlı bildirib.

Qeyd edib ki, dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır.

Həmçinin, bildirib ki, yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsi ilə həyata keçirilir.

Etikxeber.az

Read Previous

“Azərbaycan Ordusu sonacan gedəcək, torpaqlarımızı son qarışınacan azad edəcək”-ELDAR İBRAHİMOV BMT-YƏ, ATƏT-Ə, HƏMSƏDRLƏRƏ SƏSLƏNDİ, ONLARI KƏSKİN ŞƏKİLDƏ İTTİHAM ETDİ

Read Next

Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə-ZƏRBƏLƏR ENDİRİLDİ, DÜŞMƏN GERİ ÇƏKİLMƏYƏ MƏCBUR EDİLDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir