“Ermənistanın işğalçılıq siyasətinin sonuna çox az qalıb” – SƏFİR

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatını qardaş sevinci ilə qarşıladım. Bu bəyanat bir daha beynəlxalq ictimaiyyətə çatdırdı ki, Azərbaycanın varlığı elə Qarabağın varlığı deməkdir.

Etikxeber.az  xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.

Azərbaycan ərazisinin iyirmi faizinin işğal altında saxlanılmasının bütün beynəlxalq hüquq normalarına zidd olduğunu bildirən diplomat əminliklə ifadə edib ki, xalqımız nəyin bahasına olursa olsun öz haqq işinin müdafiəsini uğurla başa çatdıracaq.

O, qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin sonuna çox az qalıb. Təcavüzkar dövlət layiqli cavabını alıb geri çəkilməlidir.

Etikxeber.az

Read Previous

“Qarabağ Ermənistanın ərazisi olmayıb və olmayacaq” – SAHİBƏ QAFAROVA

Read Next

70 ilin 20-si… – RAFAEL HÜSEYNOV AŞPA-DAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir