Eskene-Kirik-Bakı neft kəmərinin inşası nəzərdə tutulur – NAZİR

İllik ixrac gücü ilkin mərhələdə 23-25 milyon ton olacaq Eskene-Kirik-Bakı neft kəmərinin inşası nəzərdə tutulur.

Etikxeber.az xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc edilən məqaləsində məlumat verib.

Nazir bildirib ki, rəsmi Astananın əsas diqqəti Qazaxıstan-Xəzər nəqletmə sistemi üzərində cəmləşib. Bu nəqliyyat sisteminə əsasən, uzunluğu 739 kilometr olan Eskene-Kirik-Bakı neft kəmərinin inşası planlaşdırılır. Eskene-Kirik neft kəmərinin texniki-iqtisadi əsaslandırılması “Tengiz” yatağında qabaqcıl neftvuran stansiyanın, Tengiz-Opornıy-Uzel-Aktau magistral neft kəmərinin, Kirik neft terminalının və yeni limanın tikintisini, həmçinin Aktau limanının yenidən qurulması və genişləndirilməsini nəzərdə tutur.

Onun sözlərinə görə, bu kəmərin inşası Qazaxıstana öz neftini həm Gürcüstana, həm də Türkiyə limanlarına ixrac etmək imkanı verə bilər. Yeni kəmərin illik ixrac gücünün ilkin mərhələdə 23-25 milyon ton, gələcəkdə isə 56 milyon tona çatdırılması planlaşdırılır.

Etikxeber.az

Read Previous

Bakıda 26, rayonlarda 27 dərəcə isti olacaq – NAZİRLİK

Read Next

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək – “Azərbaycan Dəmir Yolları”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir