Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Estoniya parlamenti üçüncü cəhddə ölkə prezidentini seçib.
Etikxeber.az xəbər verir ki, bu, əvvəllər Avropa Hesablama Palatasında Estoniyanın nümayəndəsi olan Kersti Kalyulaydır.
RİA Novosti informasiya agentliyinin məlumatına görə isə parlamentdə keçirilən seçkilərdə namizəd deputatların səslərinin üçdə iki hissəsini – 101 səsdən azı 68-ni toplamalıdır. Dövlət başçısı postuna yeganə namizəd olan Kersti Kalyulayda isə 81 deputat səs verib. Beləliklə də o, Estoniyanın ilk qadın prezidenti seçilib.
Estoniyanın hazırki prezidenti Tomas Hendrik İlvesin səlahiyyət müddəti oktyabr ayında başa çatır. O, bu postu ikinci dəfə tutduğundan konstitusiyaya əsasən üçüncü müddətə seçilə bilməz.
Xatırladaq ki, bundan əvvəl prezident seçməyə göstərilən iki cəhd nəticəsiz qalmışdı. Estoniyada prezident seçkilərinin iki səviyyəli seçki sistemi mövcuddur. Əvvəlcə dövlət başçısını parlament seçməyə çalışır. Əgər namizədlərdən heç biri lazımı qədər səs toplamasa, seçkilər seçənlər kollegiyasında davam etdirilir.
Etikxeber.az