“Etimadı itirən deyiləm…” – ƏBÜLFƏS QARAYEV

Xoşbəxtəm ki, 1994-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevlə çalışmışam, Onun tərəfindən Gənclər və İdman naziri təyin olunmuşam. Bu mühüm vəzifənin mənə tapşırılması mənim üçün çox böyük sınaq, məktəb və etimad idi. Mən bu etimadı heç vaxt itirən deyiləm. Çünki Heydər Əliyev məktəbini uğurla keçmiş insan heç vaxt bu məktəbi yaddan çıxarmayacaq.

Etikxeber.az xəbər verir ki, bu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

“Ulu Öndər Heydər Əliyev Azərbaycanda gənclər hərəkatının formalaşdırılmasına, demokratik inkişafın təmin edilməsində misilsiz xidmətlər göstərib. Bütün bunların bunların hamısı gözümüzün qarşısındadır. O vaxt gənclər hərəkatında təmsil olunan insanlar bu gün müxtəlif vəzifələrdə çalışırlar, müxtəlif ictimai hərakatlara rəhbərlik edirlər və s. Mən fəxr edirəm ki, Heydər Əliyevin siyasətinin həyata keçirilməsində zərrə qədər də olsa payım var. Bu, mənim üçün çox böyük şərəfdir…”-deyə, Ə. Qarayev sözlərinə əlavə edib.

Nazir eyni zamanda bildirib ki, Heydər Əliyev çox insani keyfiyyətlərlə zəngin bir insan idi.

“O, yaradıcı insanlar arasında bəzən ortaya çıxan  çətinliklər, problemlər, ziddiyyətlərin nə qədər böyük ustalıqla, səbrlə və peşəkarlıqla həll edilməsinə kömək göstərirdi. Eləcə də, onların yaradıcılıq prosesinə ciddi dəstək göstərirdi, sosial məsələlərinin həlli ilə yaxından məşğul idi. Bütün bunlarla yanaşı Heydər Əliyevin yaradıcı insanlarla şəxsi münasibətləri də yüksək səviyyədə idi…”-deyə, Ə. Qarayev sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Proporsional seçki sisteminin bərpası məqbul olardı…” – ELÇİN AĞAMALI

Read Next

“Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatının təqdimatı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir