“Etməyəcəksinizsə, bir daha danışmayın” – OSMAN KAZIMOVDAN TOFİQ YAQUBLUYA İRAD

OLYMPUS DIGITAL CAMERA

Tofiq Yaqublu Meydan tv -yə bildirir ki, onda Müsavat partiyası tərəfindən verilmiş saxta sənəd var.Tofiq Yaqublu bunu aylardır ki, təkrarlayır. Dəfələrlə həmin sənədi təqdim et demişik.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyası başqanının müavini Osman Kazımov deyib.

“Müsavat Partiyasında bu məsələləri araşdırmaq üçün komissiya yaradılıb.

Tofiq Yaqublunun vəkili Nemət kərimli də o komissiyanın üzvüdür.

Tofiq bəy o sənədi komissiyaya təqdim edin, əsli sizdə qalacaq, surətini imzamızla qəbul edəcəyik.

O sənədi burdada yayın. Əlinizdə tutun, nümayiş etdirin, saxtalıq nədədir deyin.

Komissiyaya təqdim etsəniz sizin iştirakınızla video çəkilişlə araşdıracağıq.

Təqdim edin.

Etməyəcəksinizsə, bir daha danışmayın”-deyə, O. Kazımov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Kənan Həmzəoğlunun “Nuru paşa və Bakı zəfəri” sənədli filminin – TƏQDİMATI – FOTO

Read Next

“Yeni icra başçısını hələ “komsomol”dan tanıyıram…” – AĞCABƏDİNİN DEPUTATI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir